“Rza İbadov Londondan Bakıya qayıdıb” - YAP-dan açıqlama

“Rza İbadov Londondan Bakıya qayıdıb” -


“Rza İbadovdan çoxdandır ki, xəbərim yoxdur. O, Londondan qayıdıb, Bakıdadır. Amma Bakıda olduğu müddətdə Rza İbadovla görüşməmişik”. Bunu Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin sabiq üzvü Rza İbadovla bağlı sualı cavablandırarkən deyib.

Siyavuş Novruzov sabiq deputatın partiyaya qayıtması məsələsinə də aydınlıq gətirib. “Üzvlük məsələsini Yeni Azərbaycan Partiyası həll edir. Bu məsələlərə mən təklikdə baxmıram. Ona görə də Rza İbadovun partiyaya qəbulu ilə bağlı nəsə deyə bilmərəm”. Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

Əvvəllər iki dəfə Milli Məclisə üzv seçilən R.İbadov 2005-ci ildə üçüncü dəfə 24 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin seçki prosesinin gedişində şəxsinə təzyiqlər olduğunu əsas gətirərək, Azərbaycanı tərk edib və İngiltərəyə gedib. Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...