Robert Sekuta: "Həmsədr ölkələr tərəfləri yenidən danışıqlara cəlb etmək üçün səylə çalışırlar"

Robert Sekuta: "Həmsədr ölkələr tərəfləri yenidən danışıqlara cəlb etmək üçün səylə çalışırlar"


“Etiraf etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, ABŞ və digər ölkələri hazırki durum narahat edir: “Dövlət Departamentinin sözçüsünün və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin dəfələrlə bəyan etdikləri kimi, biz tərəfləri yenidən bir araya gəlmək, danışıqlar masasına əyləşmək və hərtərəfli sülh sazişi istiqamətində danışıqlar aparmağa çağırırıq. Hesab edirik ki, bu, vacibdir. Minsk Qrupunun həmsədr ölkələri buna görə çox səylə çalışırlar ki, tərəfləri yenidən danışıqlara cəlb etsinlər və qeyd etdiyimiz hərtərəfli sülh danışıqları istiqamətində danışıqlar aparsınlar. Tərəflərin atəşkəs rejiminə ciddi riayət etməsi və hərtərəfli sülh sazişi üzərində işləməsi vacibdir. İstər Minsk Qrupu çərçivəsində, istərsə də dövlət katibi Con Kerri tərəfindən ikitərəfli şəkildə münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdiririk”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...