Putin Gürcüstan və Ukrayna prezidentlərinə niyə təbrik yollamadı?

Putin Gürcüstan və Ukrayna prezidentlərinə niyə təbrik yollamadı?


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Qələbə günü münasibətilə Ukrayna və Gürcüstan liderlərini təbrik etməməsi faktına münasibət bildirib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Peskov bunu ölkələr arasında lazımı səviyyədə dialoqun olmaması ilə əlaqələndirib.

“Siz bilirsiniz ki, Rusiya ilə Gürcüstan və Ukrayna rəhbərlikləri arasında ən yüksək səviyyədə dialoq yoxdur”, - deyə Peskov vurğulayıb. Onun sözlərinə görə, Rusiya heç vaxt ikitərəfli münasibətlərdə neqativ proseslərin təşəbbüskarı olmayıb. Peskov Putinin sözlərini xatırladaq bildirib ki, dövlətlərarası münasibətlər heç bir halda xalqların münasibətlərinə təsir etmir. Ona görə də Putinin təbriki məhz gürcü və Ukrayna xalqlarına ünvanlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...