“Özünü AXCP kimi təqdim edən tərəflərdən heç birini tanımırıq”
“Biz hazırda özünü Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandıran tərəflərdən heç birini tanımırıq”.
Bunu “Report”un sualını cavablandırarkən hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Əli Kərimli özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri elan edib. O partiya ilə bağlı böyük narazılıq yaranıb. O partiyanın üzvlərinin bir qrupu başqa bir nəfəri dəstəkləyir, onun ətrafında birləşiblər. Hər iki tərəf məhkəməyə müraciət edib. Məhkəmənin qərarından asılı olaraq qərar veriləcək. Bunların sənədlərində problem var ki, Azərbaycan məhkəmələri iddianı təmin etməyib. Ona görə də onlar Avropa Məhkəməsinə müraciət etmək istəyirlər. Hesab edirlər ki, Avropa Məhkəməsi bunların iddiasını təmin edəcək”, - S.Novruzov əlavə edib.
YAP funksioneri bildirib ki, hazırda AXCP məsələsində partiya anlayışından söhbət gedə bilməz: “Sadəcə, dərnəkdir. Ədliyyə Nazirliyi və məhkəmə onlardan hansını partiya sədri kimi tanıyacaqsa, fəaliyyətini davam etdirəcək. Tanımaq məsələsinə gəldikdə isə biz heç birini tanımırıq”.
840 dəfə oxundu