Ərdoğan Avropa İttifaqı ilə bağlı gözləntilərini açıqladı
“Türkiyə Avropa İttifaqının terrorla mübarizə məsələsində daha qərarlı bir mövqe ortaya qoyması gərəkdiyini düşünür”. APA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 may Avropa Günü ilə bağlı təbrik mesajında qeyd edib.
R. T. Ərdoğan bildirib ki, demokratiya, insan haqları, iqtisadi və sosial sahədə uğurları ilə Avropa Birliyi dünyada bir çox ölkə üçün ilham qaynağı olub: “Ancaq 21-ci əsrin şərtlər, bölgəmiz və kənarda yaşanan problemlər bu kritik dövrdə Avropa İttifaqının daha geniş və əhatəli bir baxış ortaya qoyması, güclü xarici siyasət həyata keçirməsini zəruri edir. Suriya, İraq və digər münaqişə bölgələrindən qaynaqlanan miqrasiya böhranı qarşısında qərarlı və prinsipial mövqe ortaya qoylması böyük əhəmiyyət kəsb edir. Türkiyə ilk gündən etibarən bu imtahan qarşısında beynəlxalq ictimaiyyət adına üzərinə böyük məsuliyyət götürmüş, humanist vəzifələrini artıqlaması ilə yerinə yetirib. Arzumuz Avropanın miqrantlara qarşı ayrı-seçkiliyin, dözümsüzlüyün və islamafobiyanın artdığı bir bölgə olmamasıdır”.
Avropa İttifaqına üzvlüyün Türkiyə üçün strateji hədəf olduğunu qeyd edən R. T. Ərdoğan Türkiyənin Avropa İttifaqından terrorla mübarizə məsələsində daha qərarlı mövqe ortaya qoyması gərəkdiyini düşündüyünü vurğulayıb: “Viza məsələsi ilə bağlı razılaşmanın qüvvəyə minməsini və bunun Türkiyənin Avropa İttifaqı qapısında 50 ildir ki, gözlədilməsi ilə bağlı yorğunluğunu bir az aradan qaldırmasını arzu edirik. Bütün qitədə sülh və sabitlik olmasını arzulayıram”.
845 dəfə oxundu