"Qarabağ münaqişənin həllinə çox yaxınıq" - Lavrov
“Biz atəşkəsin əldə olunmasını böyük məmnuniyyətlə qarşıladıq”. AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Biz atəşkəsin əldə olunmasını böyük məmnuniyyətlə qarşıladıq. Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə əlaqə saxlayıb. Bildiyiniz kimi, bu gün Rusiyanın baş naziri Dmitri Medvedyev İrəvanda səfərdə olacaq. O, həmçinin sabah Azərbaycana gələcək”,-deyə Lavrov cəbhə xəttində baş verən son hadisələrə münasibət bildirib:
“Biz düşünürük kü, cəbhədə baş verən vəziyyət bizi təmas xəttindəki duruma daha diqqətlə yanaşmağa sövq edir. Bir daha qeyd etmək istəyirəm ki, atəşkəsin əldə olunması bizim səylərimizin azaldılması anlamına gəlməməlidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycan və Ermənistanla bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Hesab edirik ki, Qarabağ münaqişəsi siyasi yolla həll edilməlidir”.
Lavrov daha sonra qeyd edib: “Biz Dağlıq Qarabağ münaqişənin həllinə çox yaxınıq. Bu gün baş nazir Medvedyev İrəvanda, sabah isə Bakıda olacaq. Mənim Ermənistanın xarici işləri naziri Edvard Nalbandyanla görüşümdə də Qarabağ məsələsi müzakirə olunacaq. Qarabağ konflikti regiona mənfi təsir göstərir”.
837 dəfə oxundu