"Bizə "avtobus müxalifəti" deyənlər "yumruğaltı müxalifət" deyəcəklər"

"Bizə "avtobus müxalifəti" deyənlər "yumruğaltı müxalifət" deyəcəklər"

“Bu gün Prezident İlham Əliyev partiya ofisimizin qarşısındakı ərazidə yeni parkın açılışını etdi. Bu münasibətlə, ofisin qapısı üstünə onun yumruğunu göstərən böyük bir plakat asıblar”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov özünün feysbuk hesabında yazıb.
“İndi bizə "avtobus müxalifəti" deyənlər "yumruğaltı müxalifət" deyəcəklər. Əlbəttə yenə də düz deməyəcəklər, amma bir növ düz edəcəklər.
Bu yumruq söhbətləri yığışdırılmalıdır. Müharibə dövrünün hansısa anında bəlkə də yeri vardı, amma XXI əsrin siyasi işləri yumruq göstərməklə görülmür”, - İlqar Məmmədov bildirib.
Qeyd edək ki, bu gün – dekabrın 30-da Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...