"Hakimiyyət Naxçıvanın muxtariyyətini ləğv etmək istəyir" - İlqar Məmmədov

"Hakimiyyət Naxçıvanın muxtariyyətini ləğv etmək istəyir" -
“Hesab edirəm ki, bu, daha çox hakimiyyətin Naxçıvanın muxtariyyətini mümkün qədər məhdudlaşdırmaq, ideal halda isə onu ləğv etmək istəyindən irəli gəlir”.

Bu sözləri Yeniavaz.com-a müsahibəsində REAL (Respublikaçı Alternativ Partiyası) Partiyasının sədri İlqar Məmmədov Naxçıvanda gedən proseslərlə bağlı danışarkən deyib.

“Azərbaycan unitar dövlətdir və konstitusiyamız üçün muxtar respublika hakimiyyət tərəfindən bir qədər anaxronizm kimi qəbul edilir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan daxilində hakimiyət, əsasən də indiki post-müharibə şəraitində, heç bir başqa muxtariyyət istəmir. Bəziləri üçün muxtariyyət yoxdursa, digərləri üçün də yoxdur”, - o bildirib.

Qeyd edək ki, artıq bir neçə həftədir Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları Naxçıvan Muxtar Respublikasının müxtəlif qurumlarında araşdırmalar aparır və artıq saxlanılan yüksək vəzifəli məmurlar var.

Ötən gün – dekabrın 21-də isə NMR Ali Məclisində keçirilən sessiyada Ali Məclisin sədri, muxtar respublikaya 27 ildir rəhbərlik edən Vasif Talıbovun istefası qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...