“3+3” formatında görüş yaxın aylarda keçirilə bilər

“3+3” formatında görüş yaxın aylarda keçirilə bilər
“3+3” formatında regional əməkdaşlıq platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) ikinci iclası yaxın aylarda baş tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Hazırda “3+3” formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati üsullar üzərində iş aparılır. Ümid edirik ki, bu, yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların əhval-ruhiyyəsinə əsasən, Gürcüstana dəvət göndərilə bilər”, - diplomat bildirib.
O qeyd edib ki, Rusiya regionun tranzit potensialının açılmasına xüsusi önəm verir və buna nəqliyyat marşrutlarının bərpası kömək edəcək:
“Təkcə nəqliyyat sahəsində deyil, həm də energetika sahəsində infrastrukturun modernləşdirilməsi üzrə birgə layihə fəaliyyətlərinin perspektivləri böyük maraq doğurur. Bu cür əməkdaşlıq hərtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın yaradılmasına kömək edəcək və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında normallaşma proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevriləcək”.
Qeyd edək ki, Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatının təşəbbüsü və Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi bundan əvvəl Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Gürcüstan isə elan edib ki, o, bu regional təşəbbüsdə iştirak etməyi planlaşdırmır, lakin “üçlük” şəklində sülhün qorunması üçün Bakı və İrəvan arasında öz danışıqlar formatını təklif edir. 2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3” regional məsləhətçi platformasının ilk iclası keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...