"France 24" Arayiki "Dağlıq Qarabağ"ın "prezidenti" kimi təqdim etdi - VİDEO

"France 24" Arayiki "Dağlıq Qarabağ"ın "prezidenti" kimi təqdim etdi -
Ötən gün Fransa televiziyası tərəfindən Azərbaycana qarşı növbəti təxribat törədilib.

Yeniavaz.com xəbər verir ki, Fransada səfərdə olan Qarabağdakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyan “France 24” telekanalına müsahibə verib.

Bundan əlavə, proqram zamanı monitorda regionun xəritəsi göstərilib. Təqdim edilən xəritədə Azərbaycanın suveren əraziləri təhrif edilib.

Belə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu “Dağlıq Qarabağ”, Xankəndi şəhəri isə “Stepanakert” adlandırılıb.

Arayik Arutyunyan isə "Dağlıq Qarabağ"ın "prezidenti" kimi təqdim olunub.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...