“Laçın dəhlizini bağlamaq” çağırışı populist və səhv ifadədir” – TOFİQ ZÜLFÜQAROV

“Laçın dəhlizini bağlamaq” çağırışı populist və səhv ifadədir” –
“Əleyhdarlarımızın əli ilə bəzi populistlərin dilindən “Laçın dəhlizini bağlamaq” kimi səhv ifadəni oxumaq bir qədər qəribə görünür”.
Azpost.info bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meta-da yazıb.

“Əminəm ki, bizim məqsədimiz ölkəmizin ərazisinə daşınan silahın, antikonstision fəaliyyətlə məşğul olan şəxslərin, kontrabanda daşıyanların keçməsinin qarşısını almaqdır. Qanunlarımıza zidd fəaliyyət göstərməyənlər, o cümlədən humanitar təmaslar maneəsiz şəkildə davam etməlidir”-deyə sabiq nazir bildirib.
T.Zülfüqrovun sözlərinə görə, bunun üçün Laçın dəhlizində sülhməramlıların postları ilə yanaşı qanuna müfaqiq nəzarəti təmin etmək üçün Azərbaycanın sərhəd, gömrük və fitosanitar xidmət postları qurulmalıdır.
“Bu, funksiyaları ayırmağa imkan verəcək. Azərbaycanın dövlət strukturları sərhəd haqqında Qanunun tələblərinə uyğun fəaliyyət göstərəcək, Rusiya sülhməramlıları isə 10 noyabr Bəyanatının müvafiq öhdəliklərinə uyğun təhlükəsizliyi təmin etməkdə davam edəcəklər. Belə yanaşma problemin həlli üçün münaqişəsiz dəyişimləri təmin edəcək, düşmənlərimizin əlindən əks-təbliğat arqumentlərini alacaq“-deyə sabiq nazir vurğulayıb.
Sabiq nazirin fikrincə, təxribatların qarşısını almaq üçün bizim postların fəaliyyəti onlayn qaydada yayımlana bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...