Siyasi partiyaların maliyyə hesabatını xüsusi qurum araşdıracaq

Siyasi partiyaların maliyyə hesabatını xüsusi qurum araşdıracaq

Siyasi partiyaların maliyyə hesabatlarının təqdim olunması ilə bağlı Təlimat təsdiqlənib və bu məsələ ilə bağlı yaradılmış iki struktur Mərkəzi Seçki Komissiyasının (MSK) Əsasnaməsinə daxil edilib.

“Report”un məlumatına görə, Komissiyanın bu gün keçirilən iclasında MSK sədrinin müavini Natiq Məmmədli bəzi normativ xarakterli aktlarla bağlı məlumat verərkən deyib ki, siyasi partiyalar hesabatları təqdim edərkən MSK həmin hesabatların tələblərə uyğun olub-olmamasını yoxlamalıdır. Partiyaların maliyyə hesabatını MSK-da yaradılmış sektor araşdıracaq.

Seçki dövründə isə Nəzarət-Təftiş Xidməti də araşdırma apara bilər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...