İndoneziya Azərbaycan neftinin tədarükünü bərpa etmək istəyir

İndoneziya Azərbaycan neftinin tədarükünü bərpa etmək istəyir
Azərbaycanla İndoneziya arasında energetika sahəsində əlaqələr daha da inkişaf etdirilməli, daha yüksək səviyyəyə çatdərəlmalıdır.

Bunu "Report" a açıqlamasında İndoneziyanın Energetika və Təbii Sərvətlər Nazirliyinin Neft və Qaz üzrə İdarəsinin Baş direktoru Tutuka Ariadji deyib.

Onun sözlərinə görə, "Upstream" ve "Downstream" sahələri var:"Downstream" sahəsində Azərbaycanla İndoneziya şirkətləri arasında, həmçinin dövlətlərimiz arasında neftin alışı və satışı üzrə daha geniş potensialımız var. Amma yenə də biz bu sahədə potensialın olduğunu, nə dərəcədə yüksək olduğunu, hansı imkanların olduğunu nəzərdən keçirib, inkişaf etdirməliyik".

O əlavə edib ki, İndoneziya xam nefti digər ölkələrdən alır: "Halbuki, Azərbaycanla bu sahədə münasibətlərimizi birbaşa qura bilərik. Nəyə görə, İndoneziyanın Azərbaycanla energetika sahəsində birbaşa əlaqələri olmasın".

T.Ariadji deyib ki, Azərbaycanla İndoneziya arasında bu sahədə Anlaşma Memorandumu imzalanıb: "Lakin müəyyən işlər var ki, hələ də görülməlidir". Nazirliyin nümayəndəsi əlavə edib ki, hazırda memorandumun icrası lazımi səviyyədə deyil.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyi ilə İndoneziya Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu 2021-ci ilin aprel ayında imzalanıb. Lakin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...