Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub

Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub


1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ataları Vətən müharibəsində şəhid olandan sonra dünyaya gələn uşaqlarla bağlı sənədli film hazırlanıb. “Sonbeşiklər” adlı filmdə atalarının şəhidliyindən sonra doğulan 102 uşaqdan 13-ü lentə alınıb. “Qafqazinfo” və “Nar”ın dəstəyilə hazırlanan filmin məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi ehtiramla yad etmək, onların yadigarlarını cəmiyyətə tanıtmaqdır. Filmi izləmək üçün bu səhifəyə daxil ola bilərsiniz.

Xatırladaq ki, “Nar” şəhid ailələrinə dəstək məqsədilə Vətən müharibəsi dövründə və ondan sonra da bir sıra mühüm sosial əhəmiyyəti olan layihələr həyata keçirib. Belə ki, mobil operator “Gələcəyini Qur!” layihəsi ilə əməkdaşlıq çərçivəsində Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən 10 məktəblinin universitet hazırlığı xərclərini öz üzərinə götürüb, eyni zamanda şəhid ailələrindən olan tələbələrə dəstək olmaq üçün NDU ilə birgə təqaüd proqramı həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...