Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri GÖRÜŞƏCƏK

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri

“Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti məhsuldardır”.

Modern.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib. Onun sözlərinə görə, tərəflər bəzi məsələlərdə razılığa gələ biliblər, buna baxmayaraq, fikir ayrılıqları da var.

“Konsensuslar var, lakin fikir ayrılıqları da mövcuddur. Görüşlərimiz zamanı həll yollarını tapmağa çalışırıq”, - Qriqoryan Rusiya mətbuatına müsahibəsində deyib.

Ermənistan rəsmisi qeyd edib ki, Üçtərəfli İşçi Qrupun növbəti görüşünün vaxtı yaxın günlərdə razılaşdırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...