Deputat: “Təklif olunan “Poz, qazan” kimi lotereyalar vətəndaşlara ziyanlıdır”

Deputat: “Təklif olunan “Poz, qazan” kimi lotereyalar vətəndaşlara ziyanlıdır”
“İnsanlar həmişə şansını sınamaq və şanslı olmaq arzusunda olur”.

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar İskəndərov deyib.

Deputat vurğulayıb ki, insanlar şanslarını cürbəcür yollarla sınamağa çalışır:

“Təbii ki, bu, hər kəsin haqqıdır, amma həmişə belə şeylər insana xeyir gətirməyə də bilir. Çox vaxt da bu hisslərdən istifadə edən qurumlar, təşkilatlar, konkret insanlar lotereya, mərc oyunları, cürbəcür vasitələrlə vətəndaşların həmin hisslərindən istifadə etməyə çalışırlar. Son zamanlar ölkəmizdə “anında nəyisə əldə et” prinsipi ilə bir çox oyunlar yayılmağa başlayıb ki, bunlardan biri də “Poz, qazan”dır. Düşünürəm ki, belə oyunların çoxalması bir çox şəxslərdə, fərdlərdə, ailələrdə ciddi problemlər yaratmaqdadır. Hətta, ailələrin dağılmasına qədər gətirib çıxardır. Biz dəfələrlə görmüşük ki, bir çox insanlarda depressiya yaradır. Çünki belə oyunlar insanları müflis edir, onları psixoloji gərginlik altında saxlayır və nəticədə psixi vəziyyətinə ciddi təsir göstərir. Bunların çox olması cəmiyyətimizə kifayət qədər ziyan vurur. Əlbəttə ki, dövlətin bu sahədə öz təşkilatları mövcuddur və dövlətin qarantiyası da var. Lakin bir çox işbazların təklif etdiyi bu cür lotereyalar ziyanlıdır”.

V.İskəndərov əlavə edib ki, dövlətin bu sahəyə nəzarəti artırılmalıdır:

“Bu sahəyə diqqət çox olmalıdır ki, qanunsuz fəaliyyət olmasın. Dəfələrlə bununla bağlı bizə vətəndaşlar tərəfindən müraciətlər olub. Valideynlər övladlarının problem yaşadıqlarnı bildirirlər. Hesab edirəm ki, bu sahədə qanunlar sərtləşdirilməlidir və konkret nəzarət artırılmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...