Dekan AMEA-ya 19 min manatlıq qəzet və jurnal satacaq - Təfərrüat

Dekan AMEA-ya 19 min manatlıq qəzet və jurnal satacaq -
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “ABC MEDİA” MMC (VÖEN – 1400265691) olub.

“ABC MEDİA” MMC AMEA-nın sifarişi əsasında Azərbaycan və Rusiyada nəşr olunan 15 adda qəzet və jurnalları satın alacaq.

Satın alınacaq jurnallar üçün 18 min 904 manat 16 qəpik ödəniləcək.

Qeyd edək ki, “ABC MEDİA” MMC 08.10.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr., ev 56, m. 20 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Daşdəmirov Arzu Oruc oğludur.

Məlumat üçün bildirək ki, Daşdəmirov Arzu Oruc oğlu 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və Texnologiya fakultəsinin dekanı vəzifəsində çalışır.

Fizika elmləri doktoru, professor Daşdəmirov Arzu Oruc oğlu ötən ilin dekabr ayında “Əməkdar müəllim” adına layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1362 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...