"Mərkəzi Bank xüsusi iclas keçirməlidir" - Millət vəkili

 "Mərkəzi Bank xüsusi iclas keçirməlidir" -


“Azərbaycanın bank sistemində olan problemlər məni bir iqtisadçı kimi narahat edir”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklərin edilməsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

V. Əhmədov bildirib ki, normal iqtisadi siyasət aparmağın əsas prinsiplərindən biri bank sisteminin yüksək səviyyədə işləməsi ilə birbaşa bağlıdır. Bunları əsas gətirən millət vəkili Azərbaycanın bank sistemində vəziyyətlə əlaqədar xüsusi iclasın keçirilməsi təklifi ilə çıxış edib: "İstər bank faizlərinin yüksək olması, istərsə də digər problemlər, xüsusilə də fevral devalvasiyasından sonra bankların özlərində yaranmış problemlər əlbəttə bizi məcbur edir ki, biz bu sistemlə məşğul olaq. Birinci təklifim ondan ibarətdir ki, ümumiyyətlə, biz yaxın zamanda bank sistemindəki vəziyyətlə əlaqədar xüsusi iclas keçirək. Mümkündürsə, bu məsələni plenar iclasda, yaxud komitənin iclasında müzakirəyə çıxaraq. Mən bankları günahlandırmıram, devalvasiyadan sonra onların özlərində də çox ciddi problemlər yaranıb. Bu problemləri həll etmək üçün hökumət bu işə qarışmalıdır. Mənim şəxsən bank sistemi ilə əlaqədar öz təkliflərim var. Müzakirə zamanı onları səsləndirəcəyəm. Biz öz köməkliyimizi göstərməliyik. Bankları da dinləmək lazımdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...