“8 Noyabr” stansiyasında lift qalmaqalı: “Əvvəlcədən zəng və SMS-lə sifariş verilməlidir”
“8 Noyabr” stansiyasında liftlər işlək vəziyyətdədir”.
Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “8 Noyabr” stansiyasında liftlərin işləmədiyinə diar yayılan məlumatlara münasibət bildirərkən deyib.
O bildirilib ki, hər üç stansiyada yerin üst səviyyəsində olan liftlərdə metropolitenin təhlükəsizliyi baxımından onların istifadə qaydası digər liftlərdən fərqləndirilib.
“Liftlərin fəaliyyətində heç bir problem yoxdur. Bu, təhlükəsizlik baxımından bu formada tənzimlənir. Yerin üst səviyyəsində olduğundan sifarişlə istifadə edilə bilir. Belə ki, 2019-ci ilin mart ayından “Əlçatan metro layihəsi” üzrə zəng, SMS və mobil əlavə vasitəsilə əvvəlcədən sifariş verə bilirlər. Stansiyaya gəliş saatı dəqiqləşdirildikdən sonra sifariş əsasında liftlə enməyə ehtiyac olan sərnişinlər üçün şərait yaradılır. Stansiya daxilində isə liftlərin fəaliyyəti adi qaydadadır, heç bir problem yoxdur”.
1249 dəfə oxundu