Masallı-Yardımlı yolu çökdü -

Masallı-Yardımlı yolu çökdü -


Masallı-Yardımlı yolunda sürüşmənin aktivləşməsi nəticəsində yolun bir hissəsi çöküb. "Report" xəbər verir ki, çökmə yolun 17-18-ci km-də baş verib və yolun 1.5 metr hissəsini əhatə edib.
Masallı-Yardımlı yolu çökdü -

Hazırda 22 saylı Masallı, 23 saylı Yardımlı Yol İstismarı idarələri ərazidə işləyir. Yolun nəqliyyat üçün bağlanmaması məqsədilə çökən ərazilərə daş-çınqıl tökülür. Sürüşən əraziyə paralel olaraq, 400 mert məsafədə alternativ yolun çəkilməsi planlaşdırılır. Bununla bağlı "Azəryolsevis" ASC ilə Yardımlı Rayon İcra Hakimiyyəti arasında danışıqlar aparılır.

Qeyd edək ki, Masallı-Yardımlı yolu 56 km-dir. Son bir ay ərzində yolun müxtəlif hissələrində çökmə qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1362 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...