Zakir Fərəcovdan daha bir kadr dəyişikliyi

Zakir Fərəcovdan daha bir kadr dəyişikliyi


Sumqayıt şəhərində icra başçısı dəyişikliyi baş verəndən sonra mütəmadi olaraq kadr islahatları da həyata keçirilir.

Şəhərin idarə və müəssiələrində, eləcə də İcra hakimiyyətində daha gənc kadrlara üstünlük verilir. Belə ki, Sumqayıt şəhər İcra hakimiyyətində növbəti kadr dəyişikliyi baş verib. Şəhər rəhbəri Zakir Fərəcovun müvafiq əmri ilə Ceyhun Məmmədov Sumqayıt şəhər İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi təyin olunub.

C. Məmmədov bu təyinata qədər Sumqayıt şəhər İcra Hakimiyyətinin Təmizlik departamentində mühəndis vəzifəsində çalışıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt təşkilatının İdarə Heyətinin üzvüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...