Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-18, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, oktyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1136 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...