Namizədliyini özbaşına irəli sürənlər YAP-dan qovulacaq

Namizədliyini özbaşına irəli sürənlər


“Əgər kimsə bu qərara hörmətlə yanaşmırsa, artıq o, partiyada digər üzvlərlə birgə addımlaya bilmir”

-YAP-ın siyahısında olmayan partiya üzvü namizədliyini irəli sürərsə, o zaman təşkilatın nizamnaməsini pozduğuna görə həmin YAP-çı partiyadan kənarlaşdırıla bilərmi?

GUNDEMINFO.AZ xəbər verir ki, bu sualı YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a müsahibəsinə cavablandırıb.

S.Novruzov YAP-ın qərarına qarşı çıxan partiya üzvlərinin qovulacağının anonsunu verib: “Bununla bağlı hər dəfə seçkilər zamanı açıqlama veririk. Bəyan etmişik ki, YAP-ın hər bir üzvü bu seçkilərdə iştirak etməyə layiqdir. Onlar partiyanın həyatında, dövlətçiliyimizdə, müstəqilliyimizin inkişafında, prezidentimizin siyasətini dəstəkləməkdə xüsusi rolu olan insanlardır. Amma təəssüflər olsun ki, parlamentdə yerlərin sayı 125-dir. YAP-ın 700 minə yaxın üzvü var və digər partiyalardan fərqli olaraq, YAP namizədlər çoxluğu problemi yaşayır. Hər dairədən onlarla layiqli namizəd irəli sürmək imkanına malikdir. Bu səbəbdən də partiya götür-qoy edərək qərar qəbul edir və ona uyğun namizədlərini irəli sürür. O baxımdan da 117 nəfər namizəd irəli sürmüşük. Təbii ki, hər bir vətəndaşın konstitusion hüququdur ki, öz namizədliyini irəli sürsün, seçsin və seçilsin. Bu hüququn qarşısını almaq, qadağalar qoymaq olmaz. Lakin əgər partiya üzvüdürsə, partiyanın siyasi xəttini dəstəkləyirsə, bu qərara da hörmətlə yanaşmalıdır. Əgər kimsə bu qərara hörmətlə yanaşmırsa, artıq o, partiyada digər üzvlərlə birgə addımlaya bilmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...