Artur Rasizadə: "...Əlimdən gələni edəcəyəm"

Artur Rasizadə: "...Əlimdən gələni edəcəyəm"


"Azərbaycan Belarusla qardaşlıq münasibətlərinin inkişafı üçün səylərini əsirgəməyəcək".

Trend-in BELTA agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Azərbaycanın Baş naziri Artur Rasizadə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. O bildirib ki, Azərbaycan Belarusla münasibətlərinə görə qürur duyur: “Azərbaycan xalqı həmişə Belarusa böyük sevgi ilə yanaşıb və yanaşır. Yaradılan bazanın, ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik”.

Baş nazir Belarus Prezidentinin Azərbaycana diqqətindən təsirləndiyini qeyd edib: “Kiçik əməyimi belə yüksək qiymətləndirdiyiniz üçün səmimi qəlbdən Sizə minnətdarlığımı bildirirəm. Bu mükafatı hərtərəfli münasibətlərimizin inkişafına töhfə vermiş və töhfə verməkdə davam edən şəxslərə həsr edirəm”.

Daha sonra A.Rasizadə bildirib: “Tutduğum vəzifədən asılı olmayaraq, ürəyim döyündüyü müddətdə əlaqələrimizin inkişafı üçün əlimdən gələn hər şeyi edəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1082 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...