Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.

Gundeminfo.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün K.İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...