Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Tbilisi şəhərində 67 saylı ictimai məktəbin bir qrup şagirdi etiraz aksiyası keçirib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiyaya səbəb məktəbin kimya müəllimi Dodo Kezuanın şagirdlərə qarşı təhqir və fiziki zorakılığa yol verməsidir.

Məktəbin qəyyumluq şurasının üzvü Natia Maxaraşvili bildirib ki, D.Kezua son illər 3 şagirdi döyüb və azərbaycanlı şagirdləri təhqir edib: “Kimya müəlliminə qarşı bizim haqlı ittihamlarımız var. Sonuncu fakt təxminən 10 gün əvvəl baş verib. Həmin müəllim səkkizinci sinif şagirdini döyüb, azərbaycanlı qız şagirdi isə təhqir edib".

N. Maxaraşvili qeyd edib ki, müəllimlə bağlı şikayətləri nəzərə alınmasa, Azərbaycan səfirliyinə müraciət edəcək.

Hazırda D.Kezuanın sağlamlıq vəziyyəti ilə bağlı məktəbə gəlmədiyi bildirilir. Məktəbin direktoru Mariam Tavartkiladze isə dərs prosesinin başa çatmasından sonra saat 15:00-da məsələyə münasibət açıqlayacağını deyib.

Gürcüstanın Təhsil və Elm Nazirliyi 67 saylı məktəbdə mümkün etnik diskriminasiya faktlarını araşdırmağa başlayıb və bir neçə gündən sonra bununla bağlı rəsmi məlumat yayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...