Məcburi köçkün müəllim kömək istəyir
Cəsarət Valehov: “Bu qərar məktəbin verə biləcəyi bir qərardır”
“Biləsuvar rayonunda salınmış 7 saylı qəsəbədə yerləşən Mehdili kənd orta məktəbində müqavilə əsasında müəllim işləyirdim. Müqavilə ilə 70 yaşadək işləyə bilərəm. Buna haqqım çatdığı halda mənə işləməyə imkan vermirlər”.
Bu barədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən müvəqqəti köçkün olan Əbülfət Alışovun redaksiyamıza ünvanladığı müraciət məktubunda deyilir. Şikayətçi müraciətində özünün və həyat yoldaşının eyni məktəbdə ingilis dili müəllimi işlədiyini, ancaq onun hazırda fəaliyyətini məcburən dayandırdığını bildirib: “Sonuncu diaqnostik qiymətləndirmədən mən 32, yoldaşım isə 31 bal toplayıb. Biz müəllimliklə 4 övlad böyütmüşük. Mən illik müqavilələrlə 70 yaşınadək məktəbdə çalışa bilərəm. Çünki qoyulmuş kriteriyalara əmək müqaviləm uyğun gəlir. Ancaq məni işdən çıxarıblar. Cəbrayıl Rayon Təhsil Şöbəsinə müraciət etdim. Oradan bildirdilər ki, sən əməkdar müəllim deyilsən, ona görə də müqaviləni uzada bilmərik”.
Şikayətçi qonşu məktəbdən bir müəllimin onun yerinə müvəqqəti işlədiyini dedi: “Məni hazırda kənarlaşdırıblar. 68 yaşım var, kadrların yerləşdirilməsi və yer dəyişdirilməsi haqqında müddəalar var ki, o müddəalara mənim bütün kriteyalarım uyğun gəlir. Sadəcə olaraq, ”Əməkdar müəllim" fəxri adım yoxdur, amma ali kateqoriyalı müəlliməm. 2008-ci ildən bu məktəbdə işləyirəm. Ümumilikdə isə 45 ildir ki, müəllim kimi çalışıram".
Ə. Alışov ölkə rəhbərliyinə, “Qaçqınqom” sədri Əli Həsənova, təhsil naziri Mikayıl Cabbarova da məsələ ilə bağlı müraciət edib. Şikayətçi müqaviləsinin artırılmasını və yenidən işinə qaytarılmasını tələb edir.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Yeni Müsavat”a bildirdi ki, bu qərar məktəbin pedaqoji kollektivinin və ya rəhbərliyinin rəyi əsasında verilə bilən bir qərardır: “Çalışdığı məktəbin pedaqoji şurası həmin şəxslə bağlı müvafiq məlumatları toplayarsa və onun iş fəaliyyəti qənaətbəxş olarsa, o zaman bir il əmək fəaliyyətinin davam etdirilməsi ilə bağlı qərar qəbul oluna bilər. Amma bu o demək deyil ki, həmin şəxs 70 yaşına qədər işləməlidir. Bu, təbii ki, həmin məktəbin pedaqoji kollektivinin və ya məktəb rəhbərliyinin rəyi ilə bağlı olan bir şeydir. Müəllimin iş keyfiyyəti, bacarığı, tədris aparma bacarığının hamısı nəzərə alınır. Bu, nəzərə alınandan sonra müvafiq qərar qəbul olunur. Yəni bu qərar sırf məktəbin verə biləcəyi bir qərardır, bizlik deyil”.
985 dəfə oxundu