Bank dövlət komitəsini məhkəməyə verdi

Bank dövlət komitəsini məhkəməyə verdi

"Bank Respublika" ASC Dövlət Gömrük Komitəsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyini məhkəməyə verib.

GUNDEMİNFO.AZ “Report”a istinadən xəbər verir ki, bank pul tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardad çıxarıb. Qərardadan narazı qalan ”Bank Respublika” ASC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...