Markdan "Facebook"la bağlı sensasiyalı açıqlama
"Sosial şəbəkələr, xüsusilə də Facebook demokratik dəyərlərin dəstəklənməsinə və inkişafına yönəlib. Facebook-dan demokratiyaya qarşı istifadə olunmasına yol verməyəcəyəm. ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı Rusiyada müxtəlif strukturlar Facebook-da çoxsaylı siyasi reklam alıblar. Bu reklam elanları barədə məlumatları Birləşmiş Ştatlardakı seçkilərə Rusiyanın müdaxiləsinin araşdırılması ilə bağlı Konqresdə yaradılmış komissiyaya təqdim edəcəyik. Facebook-dakı çirkab sübut olundu".
Gundeminfo.az xəbər verir ki, dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un banisi və sahibi Mark Zukerberq bu gün profilində canlı yayımda olarkən belə deyib.
Facebook-un Kaliforniya ştatındakı Menlo-Park baş ofisindən efirə çıxan Mark Zukerberqin sözlərinə görə, "Facebook Inc." korporasiyası pullu siyasi reklamların paylaşılması prinsiplərinə yenidən baxacaq.
Beləliklə, şirkət müxtəlif seçki kampaniyaları zamanı saxta, "feyk" akkauntlar vasitəsilə pullu siyasi reklam elanlarının paylaşılmasına son qoymaq üçün ciddi nizamlama tədbirlərinin göürləcəyi ultimatumunu verən rəsmi Vaşinqtona güzəştə gedib.
"Məzuniyyətdə olarkən çalışdım, ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsi ilə məşğul oldum. Bununla bağlı bəzi qərarlar qəbul etmişəm. ABŞ Konqresindəki təhqiqatçılara müraciət edərək 2016-cı ildə ABŞ-dakı prezident seçkiləri zamanı Rusiyadakı təşkilatların Facebook-da yaydıqları 3 siyasi reklam elanı barədə məlumatları təqdim edəcəyəm. Həmin seçkilər zamanı Facebook-da baş verənləri araşdırmağa davam edəcəyik. Yeni məlumatlar əldə etsək, rəsmi strukturlarla təmaslarımız davam edəcək", - M.Zukerberq söyləyib.
Onun sözlərinə görə, Facebook-da tətbiq olunmuş yeniliklər sayəsində bundan sonra hansı auditoriyaya yönəlməsindən asılı olmayaraq istənilən siyasi reklamı görmək mümkün olacaq. Bundan başqa, belə siyasi reklam elanlarını yayanlardan Facebook elana kimin pul verdiyini açıqlamağı tələb edəcək.
"Onlayn reklam kampaniyalarında şəffaflığa nail olmaq üçün əlimizdən gələni edəcəyik", - Zukerberq söyləyib.
Facebook-un təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos sentyabrın 6-da bəyan etmişdi ki, Rusiyadakı strukturlar son iki ildə Facebook-da böyük miqdarda siyasi reklam satın alıblar.
819 dəfə oxundu