SOCAR: STAR-da işlərin 91%-dən çoxu tamamlanıb

SOCAR: STAR-da işlərin 91%-dən çoxu tamamlanıb

Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 mln. ton neft təşkil edən neft emalı zavodunun inşasını nəzərdə tutan STAR layihəsinin 2018-ci ildə işə düşməsi planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

Onun sözlərinə görə, bu layihədə SOCAR iştirakını "SOCAR Türkiyə Enerji" vasitəsilə həyata keçirir. Layihənin ümumi dəyərinin 7,4 mlrd. dollar olduğunu qeyd edən vitse-prezident əlavə edib ki, bunun 3,29 mlrd. dollarlıq hissəsi kreditlər hesabına, qalan hissəsi isə investisiya olaraq təmin olunur.

S. Qasımov onu bildirib ki, layihədə ümumi işlərin 91,04%-i (2017-ci ilin iyun ayının sonuna olan məlumata görə) tamamlanıb və bunun üçün təqribən 4,8 mlrd. dollar sərmayə qoyulub.

"Qeyd etmək lazımdır ki, STAR neft emalı zavodunun layihəsi Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildən bəri reallaşdırılan ən böyük özəl sektor layihəsidir", - deyə vitse-prezident qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...