Türkiyə gömrüyündə qalmaqal — Ukraynalı müğənninin yaşlı olduğuna inanmadılar

Türkiyə gömrüyündə qalmaqal —

Ukraynanın məşhur müğənnisi Natalya Dzenkiv Türkiyə hava limanında qalmaqal yaşayıb. GUNDEMİNFO.AZ "Ölkə.Az"-a istinadən xəbər verir ki, Lama adı ilə məşhur müğənnini hava limanının pasport yoxlanış bölümündə saxlayıblar. Onu bir müddət sərhəddən buraxmayıblar.

Natalya bu barədə İnstaqram səhifəsində məlumat verib. Dəniz fonunda olan fotosunun altına müğənni "Türkiyə məni qəbul etmək istəmirdi"-deyə yazıb.

Dzenkiv bildirib ki, türk hüquq-mühafizə orqanları onun yaşlı olduğuna inanmayıblar. Pasporta görə 41 yaşı olan müğənni çox cavan görünür. Yaxınlıqdan keçən pərəstişkarları müğənnini tanıyıblar və qalmaqal başa çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...