Kreml agentini Kiyevdə öldürdü – Maxaurinin qətl müəmması

Kreml agentini Kiyevdə öldürdü –
Məşhur çeçen döyüşçü Timur Maxaurini kənardan idarə olunan minanın köməyi ilə öldürüblər.

Axar.az xəbər verir ki, bu iddia ilə ukraynalı Yuri Butusov öz Feysbuk səhifəsində çıxış edib.

“Oğrulardan heç biri öz münaqişələri zamanı kənardan idarə olunan minadan istifadə etmirlər. Bu çox çətin sistemdir. Böyük ehtimalla burada Rusiya xüsusi xidmət orqanlarının rolu var. Əvvəla Timur Maxauri Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinirdi. Onun ruslarla əlaqəsi çox sıx idi. Üstəlik, Maxauri Türkiyədəki çeçen icmasının işlərinə də dərindən bağlı idi. Ona görə də buradakı Rusiyadakı agenturasını yaxşı bilirdi və buna görə də Rusiya xüsusi xidmət orqanları üçün narahatlıq yaradan fiqur idi.

Maxauri “Şeyx Mənsur” batalyonunun kəşfiyyatçısı olsa da, Donbasdakı döyüşlərdə aktiv iştirak etməyib. Hətta belə şayiələr var idi ki, Maxauri Ukrayna xüsusi xidmət orqanlarına da xidmət edir. Onun ölümü həm də Şapoval, Xaraberyuşa və Şeremetin ölümlərinə bənzəyir. Çeçen komandirin yeri haqqında məlumat alan rus agenturası burada terakt törədiblər”.

Qeyd edək ki, dünən Kiyevin Bessarabiya meydanında Timur Maxaurinin maşını partladılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...