Masallıda məktəb direktoru yıxılaraq xəsarət alıb

Masallıda məktəb direktoru yıxılaraq xəsarət alıb

Masallı sakini yüksəklikdən yıxılaraq ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun təzə Alvadı kənd sakini Astan İbişov dəmir pilləkənlərdən yıxılıb. Yüksəklikdən yıxılan A.İbişovun bir ayağının topuq hissəsinin sındığı, digərinin isə əzildiyi deyilir. Xəsarərt alan şəxs əməliyyat olunmaq üçün paytaxt xəstəxanalarından birinə aparılıb.

Qeyd edək ki, A.İbişov Masallı Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb, hazırda Masallı şəhər 3 saylı məktəbin direktorudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...