Oğuz və Qəbələdə meşə yanır - FHN helikopter göndərdi

 Oğuz və Qəbələdə meşə yanır -

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb. Yanğın saat 20:53-də söndürülüb. Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...