Millət vəkili hansı bankların bağlanmasını istəyir?

Millət vəkili hansı bankların bağlanmasını istəyir?


“Azərbaycanda kredit faizləri çox yüksəkdir. Mərkəzi bank bu istiqamətdə addımlar atmaq istəyir, amma bunlar uğursuz addımlardır”. Bunu AzVision.az-a açıqlamasında iqtisadçı millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, son bir neçə ildir ki, bank sektorunda çox ciddi problemlər yaşanır: “Biz mütəmadi olaraq Milli Məclisin iclaslarında, hökumətin hesabatı təqdim olunanda bu məsələlərə toxunmuşuq. Bu günlərdə komissiya haqları 1 faizə endirilib. Əvvəl komissiya haqları hardasa 4-8 faiz səviyyəsində idi. Banklar komissiya haqlarından kreditlərin qaytarılmaması halları baş verdikdə istifadə edirdilər. Onun vasitəsilə özlərini sığortalayırdılar. Amma indi komissiya haqları 1 faizə endiriləndən sonra, kredit faizləri daha da artaraq 35-40 faizə çatdı. Bu mümkün addım idi. Amma nəzarət mexanizmi olmadığı üçün banklar bu addımı atdılar və faktiki olaraq kredit faizləri artdı.

Mərkəzi Bank qərar verdi ki, uçot dərəcəsi 3.5%-dən 3%-ə endirilsin. Bu da kredit faizlərinin aşağı salınmasına dəlalət edən addımlardan biridir. Amma çox təəssüf ki, biz bunu hiss etmədik”.

Millət vəkilinə daxil olan məlumata görə, istehlak kreditlərinin ən yüksək həddi 29 faiz olmalıdır: “Məgər 29 faiz azdır? Əhalinin sosial vəziyyətin nəzərə alsaq, bu çox yüksək göstəricidir. Bütün bu addımlar atılır ki, kredit faizləri aşağı salınsın, amma əksinə olaraq kredit faizləri daha da yüksəlir. Azərbaycanda hazırda 46 bank var və 9 milyon 500 min əhali üçün bunların sayı çoxdur. Əvvəl bankların nizamnamə kapitalı 10 milyon manat idi, amma indi 50 milyon manat olub. Bu cür olanda düşündüm ki, müəyyən banklar birləşər. Belə olsa idi insanlara kredit faizlərini də aşağı verə bilərdilər. Amm bankların heç biri sıradan çıxmadı. Hər biri nizamnamə kapitalını 50 milyon manata çatdırdı. Son vaxtlar atılan addımlar isə müəyyən bankların bağlanmasına gətirib çıxara bilər. Hansı banklar ki, Mərkəzi Bankın verdiyi tövsiyələrə əməl etməyəcək, həmin bankların bağlanma və ya birləşmə ehtimalı var”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...