Jurnalistlərin 3-cü binanın təməlqoyma mərasiminın vaxtı bilindi
Jurnalistlər üçün tikiləcək 3-cü binanın təməlqoyma mərasimi iyulun 21-də keçiriləcək.
Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və nazirliyin “Özünəməşğulluq-ailə biznesinə yiyələn” adlı jurnalistlər üçün elan etdiyi müsabiqənin mükafatlandırma mərasimində KİVDF-nin icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
V.Səfərli bildirib ki, növbəti ildən qaydalarda müəyyən dəyişiklik ediləcək:
“Bizdən maliyyələşən qəzetlərin əməkdaşlarından çalışdıqları qurumla bağladıqları müqavilələrin surətlərini tələb edəcəyik. Qaydalarda gündəlik, həftəlik, aylı1 qəzetdə neçə nəfər işləməli olduğu müəyyən ediləcək”.
Komissiya sədri bunu 2-ci binada mənzilə sahib olmaq istəyən jurnalistlərin əmək kitabçalarında aşkarlanmış nöqsanlarla əlaqələndirib:
“Əmək kitabçlarının doldurulmasında bəzi neqativ hallar aşkarlandı. Ondan sonra məlum oldu ki, jurnalistlərin sosial kartlarında 1 manat olsun vəsait toplanmayıb.
Baxmayaraq ki, onlar əmək haqqı alırlar, qanuni əmək müqavilələri olmadığından bu vəsaitlərdən kartlarına ödənilmək üçün faiz tutulmur”.
842 dəfə oxundu