Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir - TƏFƏRRÜAT - FOTO

Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir -


Göyçay rayonunda sərnişin avtobusunun yanması ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 23:30 radələrində Göyçay şəhərindəki “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verib. Rayon sakini, 1963-cü il təvəllüdlü Səfərəliyev Bəhram Ağatalıb oğluna məxsus 23-BJ-593 dövlət nömrə nişanlı, “Mercedes” markalı 50 yerlik sərnişin avtobusunun mühərrik yeri və salonu tamamilə yanaraq yararsız hala düşüb.

Şəxsi avtobusu ilə Göyçay-Bakı marşrutu üzrə sifarişlər əsasında sərnişin daşıyan Bəhram Səfəralıyev APA-ya bildirib ki, onun nəqliyyat vasitəsini qəsdən yandırıblar. Onun sözlərinə görə, 2 gün öncə Bakıdan rayona qayıdaraq avtobusu qarajda saxlayıb və evə gedib. Ötən gecə ona “Göyçay-Avtonəqliyyat” ASC-nin gecə növbətçisi ona zəng edərək deyib ki, avtobus naməlum səbəbdən əvvəlcə işə düşüb, sonra qabağa və arxaya hərəkət edib və içərisində qəflətən baş verən partlayış səbəbindən yanmağa başlayıb:

“Növbətçi mənə deyib ki, hava qaranlıq olduğu üçün yanğın vaxtı ərazidə heç kimi görə bilməyib və yanğının avtobusun mühərrikindəki nasazlıq səbəbindən baş verdiyini deyib. Lakin, ərazidə olan təhlükəsizlik kamerasına baxdıqda görmək olur ki, yanğın baş verməzdən öncə avtobusun yanından naməlum şəxsin idarə etdiyi ağ rəngli “VAZ 2106” markalı minik avtomobili keçib gedir. Mən bu yanğın hadisəsinin insanın iştirakı olmadan baş verməsinə inana bilmirəm. Avtobus işlək vəziyyətdə olanda yanmayıb, hadisə qarajda iki gün dayanmış avtomobildə baş verib. Avtobus iki gün ərzində orda qalandan sonra gecə saatlarında özbaşına alışıb yana bilməz. Mənim avtobusumda heç bir nasazlıq olmayıb, onu qəsdən yandırıblar. Kameradan da görünür ki, avtobusun salonunda əvvəlcə partlayış baş verir, sonra yanğın olur. Avtobusun saxlanc yerinə bağladığım qıfıl da sındırılıb və içərisindəki bütün şəxsi sənədlərim yanıb. Yanğın nəticəsində mənə 30 min manatdan çox maddi ziyan dəyib”.


Qeyd edək ki, hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Şəhərin mərkəzində baş verən yanğın söndürülüb və ətrafdakı avtobuslar, inzibati bina, ticarət mərkəzi və evlər yanğından mühafizə edilib. Polis əməkdaşları hadisə yerinə və təhlükəsizlik kamerası vasitəsilə yanğının baş vermə anına baxıblar. Faktla bağlı araşdırma aparılır.


***

Göyçayda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay rayonunda vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusunun salon hissəsi yanıb.

Avtobusun qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir -
Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir -
Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir -
Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir -
Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir -
Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...