Kommunal borca görə zülmətə qərq edilən sakinlər – şikayət

Kommunal borca görə zülmətə qərq edilən sakinlər –

Xırdalanda yerləşən “Abşeron siti” yaşayış kompleksində bəzi sakinlərin elektrik enerjisi ilə təminatı qanunsuz olaraq dayandırılıb.

Bunu "Yeni Musavat" qəzetinə işıqsız qalanlan sakinlərdən biri, jurnalist Nicat Abdullayev deyib. N. Abdullayev bildirib ki, bundan əvvəl də belə hal bir neçə dəfə baş verib.

“Bundan öncə də 2 dəfə işıqsız qalmışam. Birində banka olan ipoteka krediti gecikdirildiyi üçün,digərində isə qiyməti 10 dəfə şişirdilmiş sayğac pullarının yığılması üçün bizi işıqsız qoyublar. Müqaviləyə əsasən 2 ay gecikmə ola bilər və müqavilədə xüsusi bəndlə qeyd olunub ki, bütün problemli məsələləri məhkəmə həll etməlidi. Bundan əlavə, mən mənzili 2016-cı ilin aprel ayında almışam. Amma həmin evdə 2016-cı ilin noyabr ayından yaşamağa başlamışam. Lakin MTK mənə aprel ayından başlayaraq kommunal borc (zibil və lift pulu) hesablayıb və indi də həmin borcu ödəməyi tələb edir. Sosial vəziyyətin nəzərə alınmasını xahiş etsəm də, buna məhəl qoyan yoxdur. Məsələn, bu səhər pulu yığan şəxsə, komendanta cibimdəki pulumu bölməyi təklif etdim. Onlarsa gülərək dedilər ki, 10 AZN nə puldu ki?!”

N. Abdullayev bildirib ki, məsələ ilə bağlı səlahiyyətli şəxslərlə danışmağa çalışıb və bir neçə inistansiyaya məlumat verib.
“Bu məsələ ilə bağlı həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də "Azərişığ"a məlumat vermişəm. Hər iki qurumdan MTK-nın bu qanunsuz hərəkətinə qarşı çarəsiz olduqlarını dedilər. Hətta mənə məhkəməyə müraciət etmək məsləhət görüldü.”

Qeyd edək ki, şikayətçi, MTK-da bütün sakinlərin elektrik sayğacı qıfılla bağlanılmış yerdə saxlanıldığını və bu yolla sakinlərin sayğacla təmasının tamailə kəsildiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...