Sabirabad sakini qohumunu öldürüb, sonra isə özünü güllələyib

Sabirabad sakini qohumunu öldürüb, sonra isə özünü güllələyib


Sabirabadda dəhşətli hadisə baş verib. APA-nın Mil Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib. Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib. Hazırda faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...