Məcburi köçkünlərin binası yenə alovlandı- TÜSTÜDƏN ZƏHƏRLƏNƏNLƏR VAR

Məcburi köçkünlərin binası yenə alovlandı-
Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış massivi, A. Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ayrı-ayrı vətəndaşların məskunlaşdığı ümumi sahəsi 23 m2 olan otağın və eyvanının yanar konstruksiyaları, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin və ümumi mətbəxin lambirdən ibarət tavanı 20 m2 sahədə əriyib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərərfindən 3-ü uşaq olmaqla 15 nəfər bina sakini təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...