Məhkəmə sədrinin işə gedərkən ürəyi tutdu, öldü

Məhkəmə sədrinin işə gedərkən ürəyi tutdu, öldü
Azərbaycanda məhkəmə sədri vəfat edib. "Qafqazinfo" Femida.az-a istinadən xəbər verir ki, Göyçay Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev bu gün səhər saatlarında vəfat edib. İlkin məlumata görə, sədrin ölümünə səbəb ürək tutması olub.

Fərhad Əfəndiyev 1958-ci ildə anadan olub.

O, 1999 - 2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000 - 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 - 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri işləyib.

2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

***

Lent.az xəbər verir ki, məhkəmə sədri səhər işə gəlmək üçün evdən çıxarkən halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası gəlsə də, artıq gec olub və 59 yaşlı məhkəmə sədri vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...