Kürdə boğulan 2-ci polisin də meyiti tapıldı

Kürdə boğulan 2-ci polisin də meyiti tapıldı
Xəbər verdiyimiz kimi, peşə bayramlarını qeyd edən gənc polislər çimərkən boğularaq faciəvi şəkildə həlak olublar.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi dünən saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Xatırladaq ki, üç polis peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...