"Formula-1" ilə bağlı bir neçə metro stansiyasının iş qrafiki dəyişir

"Formula-1" ilə bağlı bir neçə metro stansiyasının iş qrafiki dəyişir


23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-pisi ilə bağlı Bakı metrosunun 3 stansiyasının iş qrafikində dəyişiklik ediləcək. Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, Bakı Şəhərə Həlqəsi "Bakı Metropiliteni" QSC-yə tədbirlərdə iştirak edəcək tamaşaçıların rahat daşınması üçün metronun iş saatının uzadılmasını xahiş edib: "23-25 iyun tarixlərində keçiriləcək tədbirlərlə əlaqədar metronun "28 May", "Sahil", "İçərişəhər" metro stansiyalarının iş rejimi artırılacaq, tədbirlərin keçirilməsi ilə əlaqədar zərurət yaranarsa bütün sərnişinlərin daşınması təmin olunacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...