Anasının "bakirədir" dediyi idmançımızın oğlu oldu

Anasının "bakirədir" dediyi idmançımızın oğlu oldu


Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından əvvəl hamilə olduğu üzə çıxan və bu səbəbdən ağır atletika üzrə qadınlardan ibarət yığma komandamızdan uzaqlaşdırılan Xumar Məmmədovadan yeni xəbər var.

İdmançımız mayın 15-də dünyaya oğlan uşağı gətirib. Məlumatı Məmmədovanın ailə üzvləri də təsdiqləyiblər. Uşağın atasının idmançı ilə eyni kənddən olduğu bildirilir.

Ancaq maraqlıdır ki, bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verən Xumarın anası Sevinc Məmmədova qızının hamilə olması ilə bağlı xəbərləri təkzib etmiş, bunu yalan adlandırmışdı:

“Mən qızıma inanıram. Onun hamilə olması ilə bağlı deyilənlər yalandır. O, bakirədir, buna adım kimi əminəm və bunu sübut edəcəm. Yığmanın düşərgəsində Kərim Kərimli, Təranə Abbasova və Natalya Prişepaya göstərəcəm ki, qızım tərtəmizdir. Mən övladımdan şübhələnsəydim, onu evdən bayıra buraxmazdım. Bu məqsədlə yaxın günlərdə Bakıya gəlib, hər şeyə aydınlıq gətirəcəm. Hamıya qızımın bakirə olduğunu sübut edəndən sonra qabağımda kim dayana biləcək?!”

Qeyd edək ki, bir müddət əvvəl uşağın atasının xanım idmançının şəxsi məşqçisi Kərim Kərimli olduğu bildirilirdi. Ancaq Kərimli iddia ilə razılaşmayaraq, bunu “quru iftira” adlandırmışdı. (yeniçağ)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...