“Katibələrə ev verilməyəcək” - Vüqar Səfərli

“Katibələrə ev verilməyəcək” -


Son günlər jurnalistlər üçün inşa edilmiş binadan KİV-lərdə çalışan texniki işçilərə evlərin verilməyəcəyi barədə məlumat yayılıb.

Movqe.az saytı məsələni dəqiqləşdirmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb.

Yayılan informasiyaya aydınlıq gətirən V. Səfərli bildirib ki, texniki işçilər dedikdə, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair nəzərdə tutulur: "Yəni, bütün KİV -lərdə sözügedən vəzifələri tutan şəxslər jurnalistlər üçün inşa edilmiş binadan ev almağa namizəd ola bilməzlər. Digər işçilər, o cümlədən KİV-lərdə texniki yaradıcılıq prosesində iştirak edən əməkdaşların namizədlikləri də qoyulan şərtlərə uyğun olaraq işlədikləri qurumlar tərəfindən irəli sürülə bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...