Avropa Liqasında finalçılar müəyyənləşib

Avropa Liqasında finalçılar müəyyənləşib


UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bununla da Stokholmdakı final matçına yollanacaq komandalar müəyyənləşib.

Əslində, həlledici qarşılaşmada üz-üzə gələcək komandalar böyük ölçüdə bəlli idi. Belə ki, ilk görüşlərə əsasən “Mançester Yunayted” və “Ayaks”ın finala çox yaxın olduğunu söyləmək olardı.

Gümanlar özünü doğruldub. İlk oyunda səfərdə "Ayaks"a 4:1 hesabı ilə məğlub olan "Lion"u doğma meydandakı 3:1 də xilas etməyib. Hollandiyalılar azlıqda qalsalar da, sona qədər əzmkarlıqlarını qoruyaraq finala çıxıblar.
“Ayaks” bu nəticə ilə 1995-96 mövsümündən, yəni 21 ildən sonra ilk dəfə avrokubokların finalında oynamağa haqq qazanıb.

“Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” isə bu dəfə rəqibini “Old Trafford”da qəbul edib. Hər iki komandanın qırmızı vərəqə ilə cəzalandığı oyunda bərabərlik qeydə alınıb - 1:1. Çətinliklə də olsa, rəqibini keçməyi bacaran "Mançester Yunayted" finala üksələn ikinci komanda olub.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
11 may

“Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya) - 1:1
Qollar: Fellaini, 17 - Ronkalya, 85

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 1:0


“Lion” (Fransa) - “Ayaks” (Hollandiya) - 3:1
Qollar: Lakazette, 45, 45+1, GezzaL .81 - Dolberq, 27

Baş hakim: Şimon Marçinyak (Polşa)
Lion. “Stad de Luymer”
İlk oyun – 1:4



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...