Ramil Usubov iki rayonun polis rəisini dəyişdirdi

Ramil Usubov iki rayonun polis rəisini dəyişdirdi


Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

GUNDEMINFO.AZ “Report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib. O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...