Nazirlik gücləndirilmiş iş rejiminə keçdi - Meşə yanğınına görə

Nazirlik gücləndirilmiş iş rejiminə keçdi -


Rusiya - Azərbaycan sərhəddində, Dağıstan ərazisində baş verən meşə yanğını ilə bağlı Azərbaycan tərəfində təhlükəsizlik tədbirləri görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğının Azərbaycan tərəfinə keçməsinin qarşısını almaq üçün nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.

Qurumdan bildiriblər ki, yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi yoxdur:

"Meşə yanğınının Azərbaycan tərəfinə keçmək təhlükəsi gözlənilmir. Amma bütün hallarda əlaqədar qurumlar sərhəddə təhlükəsizlik tədbirləri görür".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...