Azərbaycandan Trampın təklifinə - Reaksiya
Millət vəkili Vahid Əhmədov Amerikanın Azərbaycana maliyyə yardımını dayandıracağı ilə bağlı sənədə münasibət bildirib. V. Əhmədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, burada söhbət təkcə Azərbaycandan deyil, bütövlükdə inkişaf etməkdə olan ölkələrdən gedir. Azərbaycan da həmin ölkələrin siyahısındadır.
“Fikir vermisinizsə digər ölkələrdə də, məsələn Ukraynada ödənilən maliyyə yardımının faizi azaldılıb. Bu Trampın ümumiyyətlə seçkiqabağı platforması idi. O bildirmişdi ki, niyə ABŞ digər dövlətlərə maliyyə yardımı etməlidir. Öz daxili işi ilə məşğul olmalıdır. Tramp ümumiyyətlə ABŞ-ın maliyyə yardımı siyasətini kökündən dəyişmək istəyir. Hətta fikir vermisinizsə, Beynəlxalq Yardım Agentliyini birləşdirmək fikrindədir. Bu,Trampın ideyasıdır və dediyim kimi seçkiqabağı platformasında da öz əksini tapmışdı. İndi də onu yavaş-yavaş həyata keçirir.
Yardımın kəsilməsinin Azərbaycan iqtisadiyyatına heç bir mənfi təsiri ola bilməz. Biz ABŞ-dan elə küllü miqdarda yardım almırdıq ki, mənfi təsiri də olsun”.
774 dəfə oxundu