Novruz Məmmədov ABS-da "mülklərindən" danışdı

Novruz Məmmədov ABS-da "mülklərindən" danışdı


Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitter hesabı vasitəsilə onun haqqında iddia irəli sürən amerikalı siyasətçiyə cavab verib.

Siyasətçi Dvorkin hələ 15 mart tarixli paylaşımında Novruz Məmmədovun adını çəkərək onun ABŞ-da iki kondominiuma (bir ədəd çoxmənzilli bina və ya bir neçə sıra ilə düzülmüş binalardan ibarət daşınmaz əmlaka deyilir-red.) sahib olduğunu iddia etmişdi. N.Məmmədov isə bugünki paylaşımında siyasətçini üzr istəməyə çağırıb:

"Mən bir müddət idi ki, gözləyirdim və düşünürdüm ki, vicdanınız nəhayət sizə deyəcək ki, şər və böhtan məlumat yaymısınız və azı üzr istəyəsiniz. Lakin gördüm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Əgər siz sübut edə bilsəniz ki, mən ABŞ-da iki kondominiuma sahibəm, o zaman onlardan birini sizə verəcəm. Əks halda, qürurunuz və ləyaqətiniz varsa, siz üzr istəyəcəksiniz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...